Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 11:24
“Canalys” analitik şirkəti 2020-ci ilin birinci rübünün yekunları üzrə alıcılar arasında ən populyar smartfon modellərinin reytinqini dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, hesabata görə, ilin ilk üç ayında satış liderləri reytinqi bu şəkildə sıralanıb: “iPhone 11”, “Redmi Note 8”, “Samsung Galaxy A51”, “Samsung Galaxy A10S”, “Redmi Note 8 Pro”, “iPhone 11 Pro Max”, “Samsung Galaxy A20S”, “Samsung Galaxy A01”, “Redmi 8A”, “iPhone 11Pro”.
Maraqlıdır ki, qlobal satışların ilk onluğuna yalnız üç brend daxil olub. 2020-ci ilin birinci yarısında ən çox satılan smartfon “iPhone 11” olub. İkinci yerdə liderdən böyük fərqlə “Redmi Note 8” qərarlaşıb. Üçüncü pillədə “Samsung Galaxy A51” yer alıb. Bundan başqa, Cənubi Koreya şirkəti ən çox satılan modellərin sayına görə lider olaraq siyahıda dörd pilləyə sahib çıxıb.
Bu günlərdə “Redmi” şirkətinin rəhbəri Lyu Veybin “Redmi Note 8” smartfonunun qlobal satış həcminin 30 milyon ədədi ötməsini bəyan edib. Populyar qurğunu tezliklə yeni modelin əvəzləyəcəyi gözlənilir. “Redmi” rəhbəri artıq bu ay şirkətin qurğularını sevənləri sürpriz gözləməsini açıqlasa da, söhbətin hansı modeldən getdiyini bildirməyib.
Nizam Nuriyev