Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 11:57
Bakı. Samir Əli - Trend:
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır:
"Növbəti belə tədbirlərdən biri də paytaxtın Xəzər rayonunda baş tutub. Belə ki, maddi yardımların verilməsi ilə bağlı Binə qəsəbəsindəki poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara mindən çox tibbi maska paylayıblar".