Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 20:22
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.
Koronavirus pandemiyası səbəbindən dayandırılmış və 31 dekabr 2020-ci il tarixinədək oynanılacaq turnirlərdə hər komandaya hər matçda beş əvəzləmə etmək icazəsi verilir. Əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-nə oyun, 2-nə isə fasilə vaxtı icazə veriləcək.
Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq.
İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (extra-time) daşınacaq.
Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət ekstra), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).
Komandaların ekstra hissələr başlamadan öncə və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .
Yeni qayda iyun ayının 1-dən tətbiq ediləcək.