Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 12:12
"Neftçi"nin futbolçusu Soni Mustivar zədələnib.
Qol.az-ın Qana Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, o, Qana millisinin düşərgəsində məşqlərin birində zədə alıb. Top uğrunda mübarizə zamanı komanda yoldaşı Ceyms Qeffrardla toqquşan 29 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Mustivarın sağ dizinin iç bağlarının qırıldığı və 1 aydan 3 ayadək yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu səbəbdən "Neftçi"nin fubolçusu "Gold Cup" turniri üçün millinin heyətindən çıxarılıb.