Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 22:12
Feysbuk sosial şəbəkəsinin istifadəçilərinə mənəvi dəstək məqsədilə hazırladığı robot, gözlənilmədən insanları təhqir etməyə başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hadisə ilə bağlı şərh verən şirkət nümayəndələri bildiriblər ki, problem məşhur Reddit resursundadır.
Onların sözlərinə görə, çat botun öyrədilməsi üçün Feysbuk mühəndisləri məşhur resurs olan Reddit materialından istifadə ediblər: "Bunun da öz mənfi tərəfləri var. Sınaq zamanı Blender çat botu gözlənilmədən insanları təhqir edə və ya mövcud olmayan, sadəcə onun tərəfindən fikirləşilən ifadələr işlədə bilər".
Feysbuk şirkətinin mütəxəssisləri Blender robotunu Google şirkətinin son versiyada istifadəyə verdiyi çat botla müqayisə ediblər: "Nəticədə təxminən 67% sosial şəbəkə respondenti Feysbuk robotunun Google robotundan daha aydın yazdığını deyiblər. Biz buna yeni texnologiya sayəsində nail olmuşuq. Yeni texnologiya təkmilləşdirilmiş kodlaşdırma texnikası, yeni bacarıq birləşməsi və 9,4 milyard parametrləri olan modeldir. Bu digər nəhəng sistemlərdə olan parametrlərdən 3,6 dəfə çoxdur".