Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın faşizmi təbliğ etməsi bütün dünya üçün böyük təhlükədir''

''Ermənistanın faşizmi təbliğ etməsi bütün dünya üçün böyük təhlükədir''

Tarix: 11 May 2020 13:15

Faşizmin təbliği və təşviqi, ona xidmət etmiş canilərin əbədiləşdirilməsi Ermənistanda dövlət siyasətinə çevrilib.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu il dünyada faşizim kimi böyük bir bəlanın üzərində qələbənin 75 illiyi qeyd edildi:

"Bildiyiniz kimi, 75 il bundan əvvəl 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib. Bu mübarizədə milyonlarla insan həyatını, sağlamlığını itirib, dövlətlər böyük zərər görüb. Lakin təəssüflər olsun ki, Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır.

Faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi, heykəl qoyulması, adlarına küçələrin, meydanların verilməsi Ermənistan rejiminin faşist xislətini açıq şəkildə ortaya qoyur. Ən təhlükəli isə odur ki, "Njdeizm" adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.

Bu onu göstərir ki, Azərbaycan torpaqlarını işğal etmiş və xalqımıza qarşı insanlığa sığmayan qırğınlar törətmiş Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə mənbəyidir".

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın faşizm xislətinin ifşa edilməsi istiqamətində hər zaman öz prinsipial mövqeyini ifadə edib:

"Artıq beynəlxalq aləm də Ermənistanın faşizm siyasəti ifşa olunub. BMT Baş Assambleyası tərəfindən dəfələrlə illik əsasda "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnamələr qəbul edilib. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi tədbirlər görməlidir, əks halda Ermənistan dünya üçün böyük təhlükəyə çevriləcək".


Etiketlər:  Ermənistanın faşizmi təbliğ etməsi bütün dünya üçün böyük təhlükədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ