Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə üçün hər gün sarıköklü su içmək lazımdır?

Nə üçün hər gün sarıköklü su içmək lazımdır?

Tarix: 11 May 2020 21:06

Alimlər hər gün sarıkök əlavə olunmuş su içməyi tövsiyə edirlər. Belə içki güclü iltihabəleyhinə təsirə malikdir.

Çoxsaylı elmi araşdırmalar göstərir ki, orqanizmdə iltihabın olması bir çox xəstəliklərin və o cümlərdən ürək-damar sistemi xəstəliklərinin və xərçəngin əsas risk faktorlarından biridir. Yeri gəlmişkən, bütün dünyada ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında 1-ci, xərçəng isə 2-ci yer tutur.  

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, sarıköklü su həmçinin qaraciyərin sağlamlığını qoruyur, bu orqanın işini asanlaşdırır, damarları möhkəmləndirir, arterial təzyiqi və qan laxtalanması proseslərini tənzimləyir.

Sarıkökün müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün ədviyyatı az miqdarda ilıq suya əlavə edib yaxşı qarışdırın və dərhal için.

Mütəxəssislər qeyd edir ki, sarıkökün iltihabəleyhinə təsirini qlükokortikoidlərə aid olan kortizonun təsiri ilə müqayisə etmək olar.  Kortizon orqanizmə güclü iltihabəleyhinə təsir edir və iltihabla bağlı olan xəstəliklərin müalicəsində çox geniş istifadə olunur.

Focus.de-nin eksperti qeyd edir ki, müntəzəm olaraq su ilə qəbul olunan sarıkök orqanizmə təbii kortizon kimi təsir edir, iltihabları dəf edən mexanizmləri aktivləşdirir.


Etiketlər:  üçün hər gün sarıköklü içmək lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ