Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR ''Star'' NEZ-də emal üçün İran neftini idxal etməyi planlaşdırmır

SOCAR ''Star'' NEZ-də emal üçün İran neftini idxal etməyi planlaşdırmır

Tarix: 7 Iyun 2019 08:54

Bakı. Ləman Zeynalova - Trend:

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Trend-in məlumatına görə, bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

"SOCAR Turkey Energy"nin rəhbərinin sözlərinə görə, bu günə qədər "Star" neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

"İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq".

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun Trend-ə verdiyi məlumata görə, SOCAR heç bir zaman Star zavodu üçün İran nefti idxal etməyib.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə "Star" neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR Star emal üçün İran neftini idxal etməyi planlaşdırmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ