Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 13:21
"IDC" tədqiqat agentliyinin analitikləri 2020-ci ildə LTE routerlərin satış həcmində ikirəqəmli artım və cari ilin ikinci yarısında ayrı-ayrı regionlarda kommersiya tətbiqinə başlanılacaq "5G" dəstəkli simsiz marşrutlayıcılara yüksək tələbatın olacağını proqnozlaşdırırlar.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2019-cu ildə "5G" və LTE marşrutlayıcı/şlüzlər bazarının həcmi 979,3 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilədək bu göstəricinin təxminən 3 milyard ABŞ dollarınadək artacağı gözlənilir.
Regional baxımdan Şimali Amerika istehlak yönümlü LTE routerlərin ən böyük satış bazarı olaraq qalacaq, ancaq Asiya-Sakit okean regionunda (Yaponiya daxil olmaqla) satış həcmi daha sürətlə artacaq. Bundan başqa, ABŞ və Avstraliya "5G" məhsullar üçün əsas sınaq məkanı olacaq.
Emil Hüseynov