Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əgər bunun qarşısı indi alınmasa gələcəkdə çox böyük problemlər...'' - Politoloq ÇAĞIRIŞ ETDİ

''Əgər bunun qarşısı indi alınmasa gələcəkdə çox böyük problemlər...'' - Politoloq ÇAĞIRIŞ ETDİ

Tarix: 13 May 2020 13:48

Əgər bu faktlar hamısı arxiv materiallar, foto sənədlər səviyyəsində təsdiqini tapırsa, ümumiyyətlə, bu adamın o proseslərdəki iştirakı təsdiqini tapırsa, deməli, bunu gündəmə gətirmək lazımdır.

Bunu Sonxeber.net-apolitoloq Tofiq Abbasov deyib.

"Əgər Azərbaycanda multikultiralizm ideologiyasının komponentləri artıq dövlət siyasətinə qatılıbsa, Ermənistanda əksinə, faşist, insanlığa qarşı olan məkirli ideologiyaların vektorları, onların elementləri, demək olar ki, öz əksini tapır. Biz bunu, ümumiyyətlə, Ermənistanın bölgədə destruktiv fəaliyyətinin təzahürlərini görürük. Bu, tək erməni milliyətçiliyinin qabarması ilə əlaqəli deyil, həm də Ermənistan bütün bu proseslərin önündə özünün ərazi iddialarını ortaya qoyur və bununla da güc vasitəsinə, radikal metodologiyadan istifadə etməklə yeni-yeni gərginlik ocaqları yaradır. Azərbaycan bir yana, digər yandan Gürcüstanın Cavaxetiya bölgəsi, Türkiyə ilə bağlı iddialar, eləcə də Rusiyanın cənubunda olan erməni diaspora təşkilatlarının və orada yerli icmalarının fəaliyyəti... Bunların hamısının kökündə və istifadə etdiyi elementlər sırasında həmən bu gözügötürməzlik, qatı millətçilik komponentləri var. Ona görə də Ermənistanın dövlət ideologiyasında artıq problemlər cəmləşib. Onlar özləri onu problem saymırlar. Faşizmə, terrorizmə xidmət edən şəxslərinin fəaliyyətini büdləşdirirlər, onun üzərində yeni nəsillərin tərbiyə məsələsini kökləyirlər. Ümumiyyətlə, onların inkişaf proqramlarının hamısı qatı millətçiliyin və digər xalqları, xüsusi ilə də türk toplumlarını gözügötürməməzliyi üzərində qurulub. Ona görə biz gərək bu məsələni diqqətdə saxlayaq və bütün vasitələrlə həm ifşa edək, digər tərəfdən bütün sağlam qüvvələri mübarizəyə qoşaq"- politoloq bildirib.

Tofiq Abbasov erməni faşizminin qarşısını almaq üçün variantları da sadalayıb:

"Bu, tək Azərbaycanın problemi deyil, bölgənin problemidir. Qafqaz bölgəsi ilə bilavasitə fiziki, mədəni sivilzasiya təmaslarında olan bütün ölkələr gərək bu prosesə qatılsınlar. Əgər bunun qarşısı indi alınmasa, bu, gələcəkdə çox böyük fəsadlar, böyük problemlər və yeni-yeni müharibələr, münaqişə ocaqları yaratmış olacaq. Ona görə də indi əgər bu fakt, həqiqətən də, təsdiqlənirsə, deməli, Nikol Paşinyanın özünün də ailəsində, siyasi baxışlarında həmən bu mənfur və dağıdıcı bir tərkib var və onu, təbii ki, gərək biz gündəmdə saxlayaq, mübarizə elementlərini gücləndirək. Bölgə ölkərinin iştirakı ilə müxtəlif tədbirlərə, konfranslara, tarixi baxışların gündəmə gəlməsi üçün böyük meydan vermək lazımdır. Bununla da biz dağıdıcı ənənənin qarşısını ala bilərik".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. "Obd-memorial.ru"nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.

Təhməz Təkin


Etiketlər:  Əgər bunun qarşısı indi alınmasa gələcəkdə çox böyük problemlər Politoloq ÇAĞIRIŞ ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ