Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Skype” mobil proqramında ekranı paylaşmaq əlçatan olub

“Skype” mobil proqramında ekranı paylaşmaq əlçatan olub

Tarix: 7 Iyun 2019 12:20

“Skype” mobil proqramının istifadəçiləri videozəng zamanı ekranda baş verənləri həmsöhbətlə paylaşa biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, ekranı həmsöhbətlə paylaşmaq üçün videoçağırış prosesində alt sağ küncdəki üç nöqtədən ibarət düyməyə sıxmaq lazımdır.

 

Bu funksiya ilk dəfə apreldə sınaqdan keçirilib. İndi sözügedən funksiya “Android” (6.0 və yuxarı) və “iOS” (12 və yuxarı) istifadəçilərinə əlçatandır. Həmçinin “Linux”, “macOS” və “Windows 10” üçün proqramın versiyalarında ekranı paylaşmaq mümkündür.

 

Emil Hüseynov




Etiketlər:  Skype mobil proqramında ekranı paylaşmaq əlçatan olub


RƏYLƏR