Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Thunderbolt” interfeysində boşluq

“Thunderbolt” interfeysində boşluq

Tarix: 14 May 2020 07:44

Kibertəhlükəsizlik üzrə mütəxəssis Biorn Rutenberqin tədqiqatına görə, "Thunderbolt" interfeysində aşkar edilmiş boşluq hakerlərə məlumatları şifrlənmiş kompüterdən oğurlamağa imkan verir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Thunderbolt" interfeysi qurğulara fərdi kompüterin yaddaşına birbaşa giriş imkanı verir ki, bu da bir sıra boşluqlar yaradır. Əvvəllər kibertəhlükəsizlik üzrə tədqiqatçılar hesab edirdilər ki, etibarsız qurğulara girişə qadağa qoymaq və ya ümumiyyətlə "Thunderbolt" interfeysini deaktiv etmək, lakin "DisplayPort" və "USB-C"yə giriş imkanı yaratmaqla bu boşluqları aradan qaldırmaq olar.

Ancaq Rutenberq tərəfindən təsvir edilmiş metod bu müdafiəni keçməyə imkan verir. Şifrlənmiş kompüterdən məlumatları oğurlamaq üçün hakerə kompüterə fiziki giriş imkanı, təxminən 5 dəqiqə vaxt və "asanlıqla daşınan avadanlıq" lazımdır.

"Müdaxilə heç bir iz saxlamır, buna görə istifadəçi onun fərdi kompüterindən məlumatların oğurlanması haqda heç vaxt xəbər tutmayacaq", - Rutenberq deyib.


Etiketlər:  Thunderbolt interfeysində boşluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ