Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5G mobil rabitə şəbəkəsinə qoşulanların sayı 2,8 milyarda çatacaq - PROQNOZ

5G mobil rabitə şəbəkəsinə qoşulanların sayı 2,8 milyarda çatacaq -  PROQNOZ

Tarix: 14 May 2020 08:48

"2025-ci ilədək 5G mobil rabitə şəbəkəsinə qoşulan insanların sayı 2,8 milyarda çatacaq. Bu rəqəm bir neçə ay öncə 2,6 milyard olaraq göstərilirdi. Lakin bütün dünya ölkələrində yayılan koronavirus pandemiyası 5G ilə bağlı verilən proqnozlara yenidən baxmağımıza səbəb oldu".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Ericsson şirkəti məlumat yayıb.

Şirkətin məlumatında qeyd olunur ki, IT, eləcə də digər istehsalçı şirkətləri COVID-19 pandemiyasına görə, böhranla üz-üzə qalsa da, Ericsson korporasiyası öz fəaliyyətini uğurla davam etdirir: "Hazırda iqtisadi çətinlik yaşamırıq. Çünki insanların böyük əksəriyyəti məsafədən iş rejimində fəaliyyətlərini davam etdirirlər".


Etiketlər:  mobil rabitə şəbəkəsinə qoşulanların sayı milyarda çatacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ