Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Ford'' küçədə qarət edildi

Bakıda ''Ford'' küçədə qarət edildi

Tarix: 14 May 2020 10:18

Bakı. Samir Əli - Trend:

Bakıda avtomobil qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində baş verib. Həmin küçədə Bakı şəhər sakini Səfərbəy Əmrahova məxsus "Ford" markalı avtomobil qarət olunub. Naməlum şəxs avtomobildə olan 1 200 manatı və 480 manatlıq mobil telefonu oğurlayıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda Ford küçədə qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ