Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramin Bayramlı: Gəncədə epidemiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb

Ramin Bayramlı: Gəncədə epidemiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb

Tarix: 15 May 2020 17:30

"Gəncə şəhərində aparılan əks epidemik tədbirlər nəticəsində epidemiyanın yayılmasının qarşısını müəyyən qədər almaq mümkün olub. Amma bu tədbirlər davam etdirilməlidir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hər gün aparılan təhlillərə əsasən, karantin tədbirlərinin yumşaldılması və ya sərtləşdirilməsi barədə qərarlar qəbul edilir.

R.Bayramlı qeyd edib ki, ölkədə pandemiya ilə mübarizənin birinci mərhələsi ilk yoluxma faktının aşkarlanması ilə başlayıb: "Hazırda biz pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Aprelin 27-dən bəzi yumşaldılma tədbirlərinə başlanılıb. Təəssüflər olsun ki, bəzi ərazilərdə qaydalara məsuliyyətlə yanaşılmır. Artıq Yevlax rayonunda da 64 sakində koronavirus aşkarlanıb. Bu rayonda da ciddi epidemioloji tədbirlərin görülməsinə ehtiyac var".


Etiketlər:  Ramin Bayramlı Gəncədə epidemiyanın yayılmasının qarşısı müəyyən qədər alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ