Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur

Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur

Tarix: 15 May 2020 17:39

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, əhali arasında koronavirusa yoluxma göstərici nə qədər çox olarsa, onun mutasiya uğraması daha çox ola bilər.

TƏBİB sədri bildirib ki, Azərbaycanda 1 milyon əhaliyə düşən testlərin sayı 22 mindən çoxdur: “Təhlillər onu deməyə əsas verir ki, aparılan testlərin sayı yoluxma hallarının aşkarlanması üçün optimaldır. Lakin vətəndaşların qaydalara əməl etməsi testlərin sayından daha önəmlidir".

R.Bayramlı deyib ki, növbəti gündən başlayaraq, yalnız simptomları olan insanlar, onlarla təmasda olanlar, xaricdən gələnlər test ediləcək. Bu məqsədlə gündəlik olaraq 4 minə qədər testin aparılması nəzərdə tutulur.


Etiketlər:  Azərbaycanda milyon əhaliyə düşən testlərin sayı mindən çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ