Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 18:24
Bakı. Elçin Mehdiyev - Trend:
Karantin rejimi ən azı bu ilin sonuna qədər davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq müəyyən qaydalar tətbiq olunmaqda davam edəcək.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, əgər karantin rejiminin daha tez yumşaldılmasını istəyiriksə, qaydalara əməl etməliyik:
"Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, ölkələr sərt karantin rejimindən daha çox vətəndaşları bu virusla birgə yaşamağa öyrəşdirirlər. Görülən tədbirlərə baxmayaraq bu virus bizim aramızda qalmaqda davam edəcək. Ola bilsin biz tədricən bundan çıxacağıq, ancaq bütün bunlar vətəndaşların sosial məsuliyyətindən asılı olacaq".