Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” şirkəti “Poco F2 Pro” smartfonunu nümayiş etdirib

“Xiaomi” şirkəti “Poco F2 Pro” smartfonunu nümayiş etdirib

Tarix: 16 May 2020 07:52

"Xiaomi" şirkəti Avropa bazarı üçün yeni smartfonunu təqdim edib. "Poco F2 Pro" smartfonunun qiymətinin ucuz olmasına baxmayaraq, texniki xüsusiyyətləri qabaqcıl smartfonlardan geri qalmır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni model 2400x1080 piksel təsvir ölçülü 6,67 düymlük AMOLED displey, "Snapdragon 865" prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. Barmaq izləri skaneri ekrana inteqrasiya edilib. 4700 milliamper/saat tutumlu batareya 60 dəqiqə ərzində 64%, 64 dəqiqə ərzində tam enerji toplayır.

Həmçinin "5G" şəbəkələrinə qoşulma və "Wi-Fi 6" texnologiyası dəstəklənir.

"Poco F2 Pro" smartfonu 64 mp-lik "Sony IMX686" əsas sensoru, 13 mp-lik genişbucaqlı, makroçəkiliş üçün 5 mp-lik kamera və boke effektinin yaradılması üçün 2 mp-lik dərinlik sensoru ilə təchiz edilib. Kameralar 8K formatında saniyədə 24 kadr sürətlə, 4K formatında isə saniyədə 60 kadr sürətlə video çəkə bilirlər. Ön paneldə irəli-geri hərəkət edən 20 mp-lik selfi kamera yerləşdirilib.


Etiketlər:  Xiaomi şirkəti Poco smartfonunu nümayiş etdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ