Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 08:44
"Strategy Analytics" şirkəti 2020-ci ilin birinci yarısının yekunları üzrə "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən populyar smartfonların reytinqini açıqlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, siyahıya "Samsung Galaxy A51" modeli başçılıq edir. Yanvar-mart ərzində onun satış həcmi 6 milyon ədəd təşkil edib ki, bu da qlobal bazarın təxminən 2,3 faizinə bərabərdir.
İkinci pillədə 1,9 faiz payla "Xiaomi Redmi 8" smartfonu qərarlaşıb. Liderlər üçlüyünü 1,7 faiz nəticə ilə "Samsung Galaxy S20 " modeli tamamlayıb.
Sonrakı mövqelərdə bazarda müvafiq olaraq 1,6 faiz paya sahib çıxan "Samsung Galaxy A10s" və "Xiaomi Redmi Note 8" smartfonları yer alıb. Növbəti pillədə 1,4 faiz payla "Samsung Galaxy A20s" modeli qərarlaşıb.
Smartfonlar bazarına ümumilikdə nəzər saldıqda onun yeni koronavirusa görə ciddi ziyan çəkməsinin şahidi olmaq mümkündür. Pandemiya bütün dünyada mobil telefon satış nöqtələrinin bağlanmasına səbəb olub.
"Strategy Analytics" şirkətinin qiymətləndirməsinə görə, bu ilin birinci rübündə qlobal miqyasda 274,8 milyon smartfon satılıb. Bu, tədarük həcminin 330,4 milyon ədədə bərabər olduğu ötən ilin birinci yarısı ilə müqayisədə 17 faiz azdır.