Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 12:30
Bakı. Trend:
Lerik rayonunun Əvilə kəndində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan evə bitişik, ümumi sahəsi 28 m² olan dəmir konstruksiyalardan ibarət talvar deformasiyaya uğrayıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.