Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnanılmaz üsullarla varlanan zənginlər

İnanılmaz üsullarla varlanan zənginlər

Tarix: 17 May 2020 20:56

Hər kəs varlanmaq və zənginlik içində yaşamaq istəyir. Kimlərinsə gecə-gündüz var gücü ilə çalışsa da ancaq aylıq maaşla dolandığı halda bəzilərinin sadəcə bəxt üzünə gülür. Belələrinə, həyatlarının qalan bütün hissəsini də cah-cəlal və rahatlıq içində keçirmələri üçün tək bir doğru qərar vermələri və ya yaradıcı düşüncəyə sahib olmaları kifayət edir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bunun necə belə olduğunu müzakirə etməyəcəyik. Onlara həsəd aparmaq da lazım deyil. Amma həmin insanlardan bəzilərini tanımaq yəqin ki, hər birimiz üçün maraqlı olar. Belə ki, haqqında bəhs edəcəyimiz insanlar ağlagəlməz üsullarla varlanıblar və onların təcrübəsindən maddi problemlərin həllində bəlkə də hər birimiz istifadə edə bilərik. Belə ki, həmin təcrübələr bizə yeni ideyalar bəxş edə bilər.

1 . Ken Aroni

ABŞ-da Minnətdarlıq  Günündə (Şükr Günü) toyuq ləvəngisi bişirmək adəti var, belə ki,  bu yemək bayram süfrəsi üçün ənənəvi milli təam hesab edilir. Bunun səbəbi də var - çoxumuza məlum olan toyuğun çəngələbənzər sümüyünün ikiyə bölünməsi və hissələrdən kimə nə qədər düşməsi. Bu əyləncəvi adət dediyimiz  kimi, həmin "uğur sümüyü"nün çox hissəsinin kimə düşməsi ilə xarakterizə olunur və belə hesab edilir ki, sındırılanda çox tərəfi kimə qalırsa onun arzusu həyata keçir.

Amma nəzərə alsaq ki, toyuğun bu sümüyü bir dənə olur digər şansını sınamaq istəyənlərin bu istəkləri artıq ürəklərində qalır. Bu "uğur döyüşü"ndən həvəslənən amerikalı Ken Aroni də həmn sümüklərin plastik analoqlarını hazırlayıb satır və tezliklə varlanır.

Bu məhsulun inkişaf yolu çətin olur, çünki ilk növbədə prototip yaratmalı və lazımi materialları tapmalı idi. Əvvəlcə, 3D-də istehsal üçün düzgün plastik növünü axtarmaq üçün bir model hazırlamalı idi. Hamımızın bildiyimiz kimi palstik çətin qırılandır.

Müxtəlif plastik istehsalçılarından bir neçə nümunə işlədikdən sonra, o, öz mürəkkəbini yaratmaq məcburiyyətində qaldığını başa düşdü.

İdeal tərkibə çatdıqdan sonra, o, alıcı axtarmaq üçün səfər etdi. "Korporasiyalarda böyük qərarlar qəbul edənlərlə danışmaq üçün vaxt ayırdıq" Ahroni deyir - "Sifarişlərin ölçüləri dəyişir".

Aroni yalnız məhsul satmadı, bir fikir, ideya satdı.

Bu strategiya müvəffəqiyyət qazandı, məhsul Amerika Birləşmiş Ştatlarının bütün ərazilərində mindən çox mağazada satışda oldu. Bu, gözlənilməz kommersiya uğuru deməkdir. Mənfəət 4 milyon dolları ötür.

Satışlarının çoxu isə Şükr Günü və Milad bayramı zamanı olur.

2 . Fil Ozerski

Sent-Luis sakini və beysbol oyunu həvəskarı Fil Ozerski çox orijinal bir üsulla zəngin olub. Beysbol oyunlarından biri zamanı "ulduz"oyunçulardan birinin əlindən çıxan top tribunada oturan Fil-in üstünə gəlir və onu tutan Fil topu yenidən meydaçaya geri tullamaq əvəzinə özündə saxlayır, sonralar da 3 mln. dollardan baha qiymətə hərracda satır.

3 . Qarri Dall

Bu şəxs isə heç bir qulluq, yemək tələb etməyən ev heyvanı hazırlayıb. O daşdandır. Həmin daş ev heyvanı, qulluq təlimatları daxil otun içində qutuda yerləşir. Bu ona təxminən 4 dollara başa gəlir. Maraqlıdır ki, həmin ev heyvanlarına tələb yüksək olur və bu da Qarrini zəngin edir.

4 . Aleks Kreyq

Bu gənc isəm adi kartofla göndəriş yollamaqla varlanıb. O, ünvanlı kartoflar sataraq 10 000 dollar qazanıb.  Məsələ burasındadır ki, Aleksin satdığı kartofların hər birinin üstündə ünvanlanmış məktublar olur. Belə ki, müştəri hansı ünvana sözünü çatdırmaq istəyirsə, ona uyğun mətn yazaraq, Aleks Kreyqə verir. Kreyq də mətnin ölçüsünə uyğun kartof seçir. Sonra mətni onun üzərində yazaraq lazımi ünvana göndərir.

Onun bu layihəsi ilk dəfə Reddit saytında çıxanda, Aleks 2000 dollar qazanır. Aleks bu layihənin hazırlanmasına çoxlu günlər sərf edir. Xidmətin dəyəri də kartofun ölçülərindən asılıdır - orta ölçülü kartofa 100 söz yerləşdirmək mümkün olur ki, bu 8 dollar, böyük ölçülü kartofa isə daha çox söz yerləşdirmək mümkün olduğundan, onun dəyəri 10 dollar.

5 . Elias Ferqyuson

Nyu-Yorkda yaşayan Elias adlı bir kişi pulsuz qəzet və jurnal həvəskarı olur. Ev haqqını ödəyə bilmədiyindən onu mənzildən çıxarırlar və o illərdir topladığı qəzetlərdən özünə evcik düzəldir. Onun bu qıribə layihəsi turistlərin böyük marağına səbəb olur. Elias şansını əldən verməyib bundan yararlanmaq qərarına gəlir və evə girib baxmaq istəyənlərdən 1 dollara bu imkanı yaradır.

Elias bunun üçün belə bir elan asır: "Turizm obyekti. 20-ci əsrin əvvəllərinə məxsus qəzet ev. Baxmaq - bir dollar". Maraqlıdır ki, "inşaatçı" Elias turistlər maraqla bu evi seyr etdikləri bir vaxtda həmişə göyə baxaraq yağışın yağmaması üçün narahatlıq keçirib.

Sonralar bu layhəsini inkişaf etdirərək şəffaf plyonkadan çadır düzəldir və beləcə biznesi öz axarı ilə davam edir. Tezliklə isə özünə əsl ev də ala bilir, hətta evlərinin sayını da artırır.

Milli.Az


Etiketlər:  İnanılmaz üsullarla varlanan zənginlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ