Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2020 21:28
Biomühəndislər koronavirus diaqnozu qoyan sensorlu maskalar üzərində çalışırlar.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu barədə məlumatı "Business Insider" yayıb.
Məlumata görə, virus daşıyıcısı nəfəs aldığı, öskürdüyü və asqırdığı halda sensorlar hərəkətə keçəcək və maskanın üzərindəki işıq yanıb-sönməyə başlayacaq.
Bildirilib ki, layihənin rəhbəri Massaçusets Texnologiya Universitetinin (MIT) professoru Ceyms Cim Kollinsdir.
"Hələlik araşdırmanın ilkin mərhələsindəyik. Ancaq ilk sonucların ümidverici olduğunu söyləyə bilərəm. Maskanın proyeksiyası üzərində də işlər gedir. Layihəmizin yayın sonunadək istifadəyə hazır vəziyyətə gəlməsinə ümid edirik. O mərhələyə gəldikdə yoluxmuş insanlar üzərində təcrübə keçirəcəyik. Beləliklə, maskanın gerçək həyatda istifadəyə məqbul olub-olmadığını təyin edəcəyik", - o deyib.