Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 09:21
Bakı. Samir Əli - Trend:
Bakıda marşrut avtobusunun sürücüsü qarət olunub.
Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində qeydə alınıb.
91 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun sürücüsünün 60 manat pulu oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Xırdalan şəhər sakini, 1988-ci il təvəllüdlü Bilal Əsədov tutulub.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb