Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 12:16
Bakı. Trend:
Fransanın bir neçə regionunda koronavirusa yoluxma halları ilə əlaqədar 50-dən çox məktəb yenidən bağlanıb.
Trend-in məlumatına görə, Nitsa şəhərində məktəblərdən biri 11 yaşlı şagirdin koronavirus testi müsbət nəticə verdikdən sonra bağlanıb.
Bundan başqa, Puatu-Şaranta regionunda, Dordon departamentində onlarla məktəb fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Fransada məktəblər mayın 11-dən etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa balşayıb.