Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 13:44
"Mançester Siti"nin futbolçusu Leroy Sane gələcəyi ilə bağlı yekun qərarını verib.
Qol.az "Sky Sport"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu İngiltərə klubu ilə 2021-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmamaq qərarına gəlib.
Bildirilib ki, hazırda "Bavariya" və "Siti" Sanenin transferi ilə bağlı danışıqları davam etdirirlər. Ancaq bu günə qədər tərəflər arasında razılıq əldə olunmayıb.