Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 14:55
Bakı. Cani Babayeva - Trend:
İçərişəhərdə “La Mangerie Baku” restoranında “Birlik” xeyriyyə təşkilatı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədbir keçirib.
Trend-in məlumatına görə, tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub və “Birlik” təşkilatının rəhbərləri Murad Qulubəyli və Cəlil Xudiyevin təşəbbüsü ilə keçirilib.
Tədbirdə paytaxtın 3 internat məktəbindən ümumilikdə 36 uşaq, media nümayəndələri və sənətçilər iştirak edib.
Tədbirin musiqili hissəsində Əməkdar artist Tünzalə Ağayeva və müğənni Xəyyam Nisanov iştirak edib. Həmçinin uşaqlar üçün animatorlar tərəfindən şou nümayiş etdirilib.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Birlik” Xeyriyyə Təşkilatı 2012-ci ildən uşaqlar üçün tədbirlər həyata keçirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin