Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 07:44
"Samsung" şirkəti mobil qurğuların kameraları üçün nəzərdə tutulmuş 50 meqapiksellik təsvir ölçüsünə malik "ISOCELL GN1" sensorunu təqdim edib. Yeni sensorun özəlliyi maksimal sürətli fokuslama üçün "Dual Pixel" və zəif işıqlanma zamanı sensora keyfiyyətli şəkillər çəkməyə imkan verən "Tetracell" texnologiyalarından istifadədir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "ISOCELL GN1" sensorunda pikselin ölçüsü 1,2 mikrometr təşkil edir. Bu halda Cənubi Koreyanın yeni sensorunda ilk dəfə olaraq eyni zamanda həm "Dual Pixel", həm də "Tetracell" texnologiyaları reallaşdırılıb. Sensorun 50 milyon pikseli müxtəlif istiqamətlərdən işığı tutan iki fotodioddan ibarətdir. "Samsung" şirkətinin nümayəndəsi deyib ki, hərəkət edən obyektlərin çəkiliş imkanı mümkündür və bu halda şəkil bulanıq alınmır.
Şirkət, həmçinin proqram hissəsi üzərində də çalışıb, xüsusi alqoritmlər sayəsində təsvir ölçüsü 100 mp-dək olan şəkillər çəkmək mümkündür.