Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Panasonic” şirkəti “COVID-19” ilə mübarizə üçün “HOSPI” robotlarını təklif edir

“Panasonic” şirkəti “COVID-19” ilə mübarizə üçün “HOSPI” robotlarını təklif edir

Tarix: 21 May 2020 08:12

"Panasonic" şirkəti "COVID-19" ilə mübarizə üçün "HOSPI" robotlarını təklif edir. Bu məqsədlə yapon istehsalçısı "HOSPI-mist" adlı təkmilləşdirilmiş model hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bundan əvvəl "HOSPI" robotları artıq tibb məntəqələrində dərman, xəstəlik kağızları, laboratoriya sınaqlarının toplanılması və daşınmasında istifadə edilib. Sözügedən robotlar bu sadə funksiyaları yerinə yetirməklə personalın çatışmazlığını kompensasiya ediblər.

"HOSPI-mist" modeli dezinfeksiyaedicilərin çilənməsi üçün xüsusi taxmalar və tibbi müəssisələrin ərazisində hərəkət üçün xüsusi sensor sistemilə təchiz edilib. Ərazi üzrə özü hərəkət edən robot yoluxma riskini aşağı salmaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiyaedici maddələr çiləyə bilər.

Konkret binanın mərtəbələr üzrə planı, dezinfeksiyaya ehtiyacı olan otaqların sxemləri robotun yaddaşına yüklənilir. Robot sensorlar vasitəsilə maneələri (divar, mebel, başqa predmetlər və ya insanları) "görür".

"Panasonic" şirkətindən bildirilib ki, "Hospi" tibbi robotları başqa ölkələrdə istifadə üçün beynəlxalq "ISO 13482" sertifikatına malikdirlər.

Milli.Az


Etiketlər:  Panasonic şirkəti COVID 19 ilə mübarizə üçün HOSPI robotlarını təklif edir


RƏYLƏR