Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 12:52
Bakı. Trend:
Yay aylarında Avropada turizm mövsümü açılacaq, amma bunun bütün Avropanı əhatə edib-etməyəcəyi hələlik məlum deyil.
Trend-in məlumatına görə, bunu daxili bazar məsələləri üzrə Avrokomissar Tyerri Breton deyib.
O bildirib ki, Avropa İttifaqı ölkələri daxilində turizmin bərpa olunacağı dəqiqdir:
“Avropada bu yay turizm mövsümü olacaq. Bu, ölkə daxilində olacaqmı? Dəqiq olacaq. Ümum-Avropa turizmi olacaqmı? Buna ümid edirik”.
Bir müddət əvvəl T.Breton bildirib ki, koronavirus pandemiyasının sərhədləri ölkələrin sərhədləri ilə üst-üstə düşmür, ona görə də Aİ-nin bəzi zonaları turistlərə açılsa da, digər bölgələr bağlı qalacaq.