Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib

“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib

Tarix: 21 May 2020 22:48

"Facebook" sosial şəbəkəsində "Messenger Rooms" videozəng xidməti ABŞ və Kanadada rəsmi olaraq öz işinə başlayıb. Sözügedən mobil tətbiqetmə gələn həftə bütün dünyada əlçatan olacaq. Bu haqda şirkətin direktoru Mark Zukerberq sosial şəbəkədəki səhifəsində məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu xidmət koronavirus pandemiyasına görə videozənglərə olan tələbatın artması ilə əlaqədar yaradılıb. "Facebook" və ya "Messenger" proqramları vasitəsilə belə konfranslar yaratmaq mümkün olacaq.

"Siz ayrıca otaq (Room) yarada və link vasitəsilə bir neçə dostunuzu dəvət edə və ya qruplarınızdan biri, həmçinin planlaşdırdığınız tədbir üçün otaq yarada bilərsiniz" - Zukerberq yazıb.

"Messenger Rooms" xidmətində vaxt üzrə məhdudiyyət yoxdur, bir otağa 50-dək insan əlavə etmək mümkündür. Tezliklə qrup zəngləri "WhatsApp" və "Instagram" xidmətlərində əlçatan olacaq.


Etiketlər:  Facebook şirkəti Messenger Rooms videozəng xidmətini istifadəyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ