Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 16:25
10 sutkalıq həbs cəzası bu gün başa çatan tanınmış idmançı Kamil Zeynallı hələ də azadlığa çıxmayıb.
Bunu Sonxeber.net-a özünü idmançının həyat yoldaşı Gülay Zeynallının köməkçisi kimi təqdim edən şəxs deyib.
Zəngə cavab verən qadın "Hələ azadlığa çıxmayıb. Başqa məlumat verə bilmərik" ifadəsi ilə kifayətlənib.
Qeyd edək ki, Kamil Zeynallı mayın 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbslə cəzalandırılmışdı. "Instagram" səhifəsindəki məlumatda idmançının karantin rejiminin qaydalarını pozduğu üçün həbs edildiyi qeyd edilib.
Məhəmməd Vaqif