Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 18:24
Bakı. Elçin Mehdiyev - Trend:
Metropolitendə xidmət göstərən polis əməkdaşında koronavirus infeksiyasının aşkarlanması ilə bağlı fakt yoxdur.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
R.Bayramlı bildirib ki, ümumilikdə polislər arasında virusa yoluxanlar olub:
“Bilirsiniz ki, polis əməkdaşları da koronavirusun yayılmasının qarşısının alınmasında ən çox iştirak edən insanlardır. Bu səbəbdən onların arasında da az sayda yoluxma var, ancaq metropolitendə fəaliyyət göstərən polis əməkdaşları arasında virusa yoluxma ilə bağlı məlumat yoxdur”.