Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var

Tarix: 22 May 2020 18:27

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar da var.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, onlar arasında bir sıra riskli hamiləliyi olanlar da olub:

“Bütün bu risklərin hamısı nəzərə alınıb. Bilirsiniz ki, koronavirus xəstələrinin müalicə olunduğu tibb müəssisələrinin içərisində yüksək ginekoloji xidmət olanları var. Həmin müəssisələrdə hamilə qadınlara peşəkar xidmət göstərilib və onlar arasında koronavirusla bağlı hər hansı bir ağırlaşma baş verməyib”.


Etiketlər:  Azərbaycanda koronavirusa yoluxanlar arasında hamilə qadınlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ