Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 07:24
"Yeni tip koronavirus pandemiyası dövründə 68 ölkədə doğuş zamanı peyvəndən imtina edilməsi səbəbindən bir yaşdan kiçik 80 milyon uşaq risk altındadır".
Sonxeber.net xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Henrietta Fore deyib.
O bildirib ki, öncədən qarşısı alına bilən xəstəliklər üçün nəzərdə tutulan peyvəndlərdən pandemiya dövründə vaz keçilib: ""Evdə qal" kampaniyasına qoşulan ölkələrdə tibbi xidmətlərin səviyyəsi aşağı düşüb. Buna görə doğuş zamanı edilən peyvəndlərdən imtina edilib. Bu isə qarşısı alına biləcək xəstəliklərin ölümə səbəb olmasına gətirib çıxaracaq. Növbəti 6 ay ərzində hər gün 6 min uşaq ölə bilər". (publika.az)