Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 08:32
Karantin rejimi tətbiq edildiyi gündən video konfrans xidmətləri qohumlar, həmkarlar və dostlarla əsas ünsiyyət vasitəsinə çevrilib. Ona görə də video proqramlarda bəzən gülməli, bəzən isə qorxulu halların yaşanması heç də təəccüblü deyil.
Sonxeber.net ted.az-a istinadənkarantin dönəmində video söhbətlərdə ən çox diqqət çəkən hadisələri təqdim edir.
Bəzi tələbələr pornoqrafik videolarla əylənərkən, Zoom-un yetkin auditoriyası dostları ilə olduqca mürəkkəb zarafatlar edirlər. Məsələn, proqramçı Əli Əliyev kimi. O, mürəkkəb dipfake texnologiyasından istifadə edərək dostları ilə maraqlı şəkildə əylənib. Dipfake texnologiyası vasitəsilə Elon Musk-ın "üzünü geyinib" və dostlarının video konfransına qatılıb. Dostları böyük təəccüb içərisində gözlərini ekrandan ayıra bilməyiblər. Gənc proqramçının dostları gözlənilməyən qonaqdan dünyaca məşhur iş adamı olub-olmadığını soruşarkən "görünür yanlış konfransa qatılmışam" deyən Əli Elon Musk kimi cavab verir. Dipfake o qədər keyfiyyətli formada hazırlanıb ki, həmsöhbətlər bunun həqiqətə uyğun olduğuna inanıblar.
Digər bir proqramçı Matt Reed neyron şəbəkələrindən istifadə edərək öz rəqəmsal nüsxəsini yaradıb. Onun rəqəmsal nüsxəsi Zoom-da həmsöhbətlərilə sakitcə danışır və vaxtaşırı zarafat edirdi. Reed-in sözlərinə görə, onun botu nitq tanıma və süni intellekt üçün ən yeni texnologiyalardan istifadə edir. Eyni zamanda, alqoritm mətni nitqə də çevirə bilir. Bunun sayəsində rəqəmsal nüsxə əvvəlcədən proqramlaşdırılmış suallara - "necəsən?" və ya "nə edirsən?" müstəqil şəkildə cavab verir. Video söhbət üçün Matt əvvəlcədən hazırlanmış selfie-ləri birləşdirərək, botun nitqinə uyğunlaşdırıb. Məsələn, bot danışanda ekranda Matt-ın ağzı açıq fotoşəkili açılır. Lakin iş yoldaşları onun danışıq və davranışından şübhələniblər. Çünki söhbət əsnasında statik şəkillər görünürmüş. Reed onları təkrar aldadaraq rabitədə problem olduğunu söyləyib. Görünür bu cavab həmsöhbətləri tamamilə qane edib.
Aprel ayının sonlarında Nyu-York şəhərinin merindən maraqlı təklif səsləndi. O, amerikalıları məsafədən, yəni Zoom-dan istifadə edərək toy təşkil etməyə dəvət etdi. Fikir olduqca qeyri-adi səslənsə də, bəzi ABŞ sakinləri bundan istifadə etdilər. Məsələn, onlayn evliliyə cavab verən Melani və Rafe Wolffgang-ı nümunə göstərmək olar. Cütlük yarım il sonra İtaliyada dəbdəbəli toy mərasimi planlaşdırırdı. Ancaq onlar koronavirusa görə planlarını təcili dəyişdirməli oldular.
Nəticədə sevgililər Avropaya səfərini təxirə salıb, öz ölkələrində evlənmək qərarına gəldilər. Onlar mənzili bəzəyib, hazırlanmış toy paltarlarını geyinib, virtual qonaqları, yəni dostlarını, qohumlarını onlayn toylarına, yəni Zoom-a dəvət etdilər. Toylarında İtaliya abu-havası yaratmaq üçün isə Roma mətbəxində yemək sifariş ediblər.
Ağır günlər də çətin qərarlar tələb edir. Buna görə də rəqəmsal cənazələr karantində olan çox sayda insan üçün reallığa çevrildi. Bir neçə ölkədə dəfn mərasiminin video yayım xidməti vasitəsilə həyata keçirilməyə başladı.
Amerikalı Samantha Ressler pandemiyaya görə onlayn dəfn mərasimi keçirdi. Samantha-nın əmisi öldükdə ailəsi cənazə mərasimi üçün bir araya gələ bilmədi. Dəfndə yalnız bir neçə nəfər şəxsən iştirak etdi, qalan insanlar Zoom xidməti ilə mərasimə qoşuldular.
Ev heyvanının olmasını xəyal edən bəzi insanlar da problemlə üzləşdilər: evdən çıxa bilmirsinizsə, köpəyi necə seçmək olar? Pedigree şirkətinin nümayəndələri problemi həll etməyə çalışdılar. Onlar insanlara Zoom, FaceTime və ya Google Hangouts vasitəsilə heyvanları izləməyə imkan verən meteournewdog xidmətini işə saldılar. İstifadəçilər yalnız heyvanları izləmir, eyni zamanda heyvan nəzarətçiləri ilə ünsiyyət qura və onları maraqlandıran bütün sualları verə bilərdilər. Sistem istifadəçisi heyvanı bəyənib seçdikdə onu onlayn sifariş edə bilərdi. Sifarişdən sonra ev heyvanı birbaşa yeni sahibinin ünvanına çatdırılırdı.
Pandemiyaya görə təhsilin müvəqqəti olaraq onlayn sistemə köçürülməsi sərt zarafatlara da gətirib çıxardı. Bunlardan ən çox səs-küyə səbəb olanı Zoom-da dərs zamanı şagirdlərdən birinin sistemə pornoqrafik material daxil etməsi oldu. Cənubi Saxalində belə bir hadisə ilə üzləşən müəllim onlayn dərs keçməkdən imtina etdi. Buna bənzər hadisələr Rusiyanın bir neçə şəhərindən qeydə alınıb. İstintaq Komitəsinin diqqətini çəkən günahkarlar dərs zamanı pornoqrafik materiallardan istifadə etdiklərinə görə ən azından valideynləri tərəfindən cəzalandırıla bilər.
Amma hər zaman şagirdlər deyil, müəllimlər günahsız olmurlar. Ötən ayın sonunda Mayami Universitetinin əməkdaşı John Peng Zhang təsadüfən porno izləyərkən görüntüləndi. O, onlayn mühazirə deyərkən, tələbələr onun brauzerində pornoqrafik video görüblər. Maraqlıdır ki, müəllim növbəti dərsdə belə porno saytı bağlamayıb. Onun baxdığı video tez bir zamanda sosial şəbəkələrdə populyarlaşdı. Elə ilk gündən TikTok-da 800 mindən çox insan sözügedən videonu izlədi.
Bundan sonra tələbələrdən üzr istəyən professor videonun orda necə peyda olduğunu anlamadığını bildirdi. Təəssüf ki, üzr kömək etmədi - o, ya müvəqqəti işdən kənarlaşdırıldı, ya da işdən tamamən azad edildi.
Bütün istifadəçilər video kontaktdan yaxşılıq üçün istifadə etmir. Buna nümunə olaraq, Financial Times jurnalisti Mack Di Stefanonun hekayəsini xatırlatmaq yerinə düşər. O, başqa nəşrlərdən olan həmkarlarının söhbətlərinə qulaq asaraq, casusluq edib. Beləliklə, Stefano pandemiya zamanı həmkarlarının maaşlarının azaldılması, onların və top menecerlərin işdən çıxarılması ilə bağlı incə təfərrüatları öyrənib. Düzdür, ondan bacarıqsız casus alındı. Əvvəlcə jurnalistlər konfrans zamanı onun əsl adını gördülər, sonra isə həqiqi telefon nömrəsinə bağlanmış ikinci hesabını sildilər. Nəticədə, uğursuz casus Financial Times-da işini qeyri-müəyyən müddətə dayandırdı. Lakin buna baxmayaraq, o, onlayn brifinqə icazəsiz daxil olduğu jurnalistlərdən üzr istəməkdən imtina etdi.