Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 13:57
Bakı. Mətanət Nəsibova - Trend:
Rusiya və Azərbaycan arasında ikitərəfli ticarət qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 13,08 faiz artaraq 500 milyon dollar səviyyəsini ötüb:
“Ötən il ölkələrimiz arasında 2,4 milyard dollara bərabər idi. Bu, kifayət qədər müsbət amildir”.
Səfir əlavə edib ki, ikitərəfli ticarət təkcə xammal sektorunda deyil, həm də kənd təsərrüfatı, maşınqayırma, sənaye istehsalı kimi sahələrdə də inkişaf edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin