Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buzovnada “Jeep”lə vurulan piyada öldü

Buzovnada “Jeep”lə vurulan piyada öldü

Tarix: 29 May 2020 12:30

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən əbər verir ki, mayın 28-də paytaxtın Buzovna qəsəbəsində Bakı şəhər sakini Taleh Məmmədov idarə etdiyi "Jeep" markalı avtomobillə piyada zolağı olmayan yerdə yolu keçən 1957-ci il təvəllüdlü Azad Əliyevi vurub. 

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Buzovnada Jeeplə vurulan piyada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ