Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 18:21
Bakı. Samir Əli - Trend:
Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, bəziləri hələ də qalmaqdadır. Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda işçilər 100 faiz işə qaytarılır. Amma vətəndaşlar ehtiyatlı olmalıdırlar. Karantin rejimində iqtsadi artımlılıq bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, karantin rejiminin tələblərinə qapalı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində ciddi nəzarət ediləcək: "Bununla bağlı Nazirlər Kabineti yenj qərar imzalayıb. Xüsusi karantin qaydalarını pozmaq inzibati məsuliyyətdir. Hələlik cərimələrin məbləği müzakirə edilir. Milli Məclis bu barədə qərar qəbul edəcək. Qərara görə, maskadan 1-ci dəfə istifadə etməməyə görə cərimənin məbləği başqa olacaq, təkrar istifadə etməməyə görə isə başqa. Yəni cərimələrdən yayınmaq heç cür mümkün olmayacaq".