Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trump sosial şəbəkələrin izlənməsinə dair sərəncam imzaladı

Trump sosial şəbəkələrin izlənməsinə dair sərəncam imzaladı

Tarix: 30 May 2020 07:52

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi barədə sərəncam imzalayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə o özü məlumat verib.

Bildirilib ki, bu, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edəcək. Qeyd olunub ki, əvvəl Tvitter kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar.

Trump qeyd edib ki, sərəncamdan öncə sosial şəbəkələr "istədiklərini edə bilirdilər". Amerikalı lider həmin saytlar tərəfindən hansısa "aldadıcı və ya zərərli ticarət fəaliyyəti"nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Trump, həmçinin Tvitterin bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Milli.Az


Etiketlər:  Trump sosial şəbəkələrin izlənməsinə dair sərəncam imzaladı


RƏYLƏR