Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 20:12
Bakı. Trend:
Pakistanda ictimai yerlərdə maska taxmaq məcburi oldu.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Zəfər Mirzə deyib.
Z.Mirzə bildirib: "Koronavirusa yeni yoluxma hallarının sayının hər gün artması nəzərə alınaraq, artıq maska taxmaq məcburi oldu".
Onun sözlərinə görə, insanlar qatarlarda, ictimai nəqliyyatda, məscidlərdə, bazarlarda və mağazalarda maska taxmalıdırlar.
Qeyd edək ki, Pakistanda 66 457 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 1 395 nəfərio ölüb, 24 131 nəfəri isə sağalıb.