Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nebraska ştatının qubernatoru Azərbaycan Günü elan edib

Nebraska ştatının qubernatoru Azərbaycan Günü elan edib

Tarix: 1 Iyun 2020 09:06

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

P. Rikets Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildiyini, 1991-ci ildə isə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulayır. Bildirir ki, Azərbaycan son 29 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə, bu il Azərbaycan Demokratik Respublikasının 102 illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində ABŞ-da və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.

Qubernator imzaladığı bəyannamədə 2020-ci il 28 may tarixini Nebraska ştatında Azərbaycan Milli Günü elan edir.

Qubernator P. Rikers bəyanatı Azərbaycan tərəfinə təqdim edilməsi üçün Bebraskanın dövlət katibi Robert Evnenə təqdim etmişdir.


Etiketlər:  Nebraska ştatının qubernatoru Azərbaycan Günü elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ