Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha 81 nәfәr koronavirusdan ölüb

İranda daha 81 nәfәr koronavirusdan ölüb

Tarix: 1 Iyun 2020 14:24

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 81 nәfәr koronavirusdan (COVID19) ölüb.

Trend-in məlumatına görə, Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 7 878 nәfәrә yüksәlib.
Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 979 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 154 445 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 578 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 121 004 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 955 mindәn çox diaqnoz testi hәyata keçirilib.


Etiketlər:  İranda daha 81 nәfәr koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ