Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 00:44
Bakı. Trend:
Nyu-York səlahiyyətliləri hazırda ölkədə davam edən iğtişaşlar səbəbindən 1 iyun saat 23:00-dan 2 iyun saat 05:00-a qədər şəhərdə komendant saatı elan ediblər.
Trend-in məlumatına görə, bu barədə şəhərin meri Bill de Blazio "Twitter" səhifəsində xəbər verib.
"Nyu-Yorklular, mən ştat qubernatoru Endryu Kuomo ilə danışmışam, biz təhlükəsizliyi təmin etmək məqsədi ilə komendant saatı tətbiq etməyi qərara almışıq", - Bill de Blazio yazıb.
E.Kuomo isə "Twitter" səhifəsində bildirib: "Nyu-York sakinləri, siz saat 23:00-dan sonra evdən çıxmamalısınız".