Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 13:24
Bakı. Elçin Mehdiyev -Trend:
"2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, Hesablama Palatasının rəyində müəyyən fikirlər var: “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.