Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ AÇIQLAMA

Tarix: 5 Iyun 2020 16:12

Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Hazırda bir çox insan sözügedən şəhərlərdə çalışsa da başqa rayon qeydiyyatındadırlar. Sərt karantin rejimində regionlara getmək istəyənlər qayıda bilməyəcəklərindən narahatdır.

Sonxeber.net xəbər verir ki, Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, həmin şəxslər növbəti həftədə paytaxt Bakıya və qeyd edilən şəhər və rayonlara qayıda bilməyəcəklər.

"Onlar regionlara gedə bilməzlər. Regionlardan da paytaxta gələ bilməzlər", - deyə İ.Məmmədov qeyd edib.


Etiketlər:  Region qeydiyyatında olanlar rayonlara getsə Bakıya qayıda bilməyəcəklər RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ