Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Android” üçün təhlükəli proqramlar aşkar edilib

Tarix: 6 Iyun 2020 07:44

"Google Play Store" internet mağazasında "Android" sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mobil proqram istifadəçilər üçün təhlükəli elan edilib. "SecAtor" Telegram kanalı yazır ki, həmin proqramlarda "nisbətən yeni "Joker" zərərverici proqram təminatı" aşkar edilib.
​​
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "SecAtor" kanalının məlumatına görə, "Speed Message-Beautiful and cute" və "Botmatic Messages" mobil proqramlarında casus modulu aşkar edilib. Bu proqramlar uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və mətn mesajlarının mübadiləsi üçün nəzərdə tutulub. Bu halda birinci proqram 10 min dəfədən çox, ikinci isə 1000 dəfədən çox yüklənilib.
 
Casus moduluna malik "Joker" proqram təminatı "Google Play Store" mağazasının müdafiə mexanizmini keçə bilər. İstifadəçi zərərli koda malik proqramı öz qurğusuna quraşdırdığı halda hakerlər qurğuda müxtəlif  əməliyyatları icra etmək imkanına yiyələnəcəklər. Məsələn, sözügedən zərərli proqram təminatının köməyi ilə mesajların ələ keçirilməsi, kontaktların oğurlanması, başqa proqramların quraşdırılması və ya qurbanın ödənişli xidmətlərə abunə edilməsi mümkündür. "Google"un nümayəndələri bildirirlər ki, virusa yoluxdurulmuş proqramlar daima "Play Store"dən silinirlər.

Milli.Az


Etiketlər:  Android üçün təhlükəli proqramlar aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ