Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 18:08
"Barselona" futbolçusu Ansu Fati üçün Avropanın nəhəng klublarının birindən təklif alıb.
Qol.az sport.es-ə istinadən xəbər verir ki, ancaq Kataloniya təmsilçisinin prezidenti Jozep Bartomeu 17 yaşlı yarımmüdafiəçi üçün göndərilən 100 milyon avroluq təklifi rədd edib.
Bartomeu bu qərarını klub nümayəndələrinə videokonfrans vasitəsi ilə bildirib: "Fati satılmır və bu mövzü müzakirə edilmir".
Qeyd edək ki, Fati bu mövsüm La Liqada 16 matçda 4 qol vurub.