Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 13:54
Bakı. Trend:
Kürdəmir rayonunun Sovla kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, B.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.