Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 10:34
“Lokomotiv”in koronavirusa yoluxan perulu futbolçusu Cefferson Farfan açıqlama verib.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu virusla mübarizəsindən danışıb:
“Vəziyyət nəzarət altında idi. Sadəcə bir simptom var idi. O da dəhşətli baş ağrısı idi. Heç vaxt belə baş ağrısı yaşamamışdım. Əvvəlcə dad və qoxu hissini itirdim. Ancaq sonrasında hər şey qaydasına düşdü. Mənim simptomlarım bilinən kimi nəzarətə alındım. İndi hər şey yaxşıdır. Əvvəlcə bədənimdə də ağrı var idi.
Ancaq ən dəhşətlisi baş ağrısı idi. Heç “poxmel” olanda başım belə ağrımırdı. İnsanlar vəziyyətin ciddiyətini bilməlidir. Sağlamlıqlarının qayğısına qalmalıdırlar”.