Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 08:08
Çox zaman hackerlərin qurbanları qismində adi istifadəçilər ilə yanaşı həmçinin gəlir əldə edən məşhur istifadəçilər də olurlar. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər 10.000-lərlə və hətta 100.000-lərlə abunəçiyə sahib Youtube istifadəçi hesablarının hack olunmasını qeydə alıblar. Hackerlər bu cür istifadəçi hesablarını oğurlayandan sonra onların qeydiyyat məlumatlarını satışa qoyurlar. Belə məlumatların satış qiymətləri isə mütəmadi olaraq artır. Bu barədə Gizchina saytı xəbər verib. IntSights adlı tədqiqat şirkətinin mütəxəssisləri bildiriblər ki, Darknet-də Youtube hesablarının qiymətləri həmin hesabların abunəçi saylarına mütənasibdir.
Məsələn, 200.000 abunəçiyə sahib hansısa Youtube kanalı Darknet-də 1000$-a satılır.
Mütəxəssislərin sözlərinə əsasən bu cür təkliflərə tələbat çoxdur. Satışda olan bu cür Youtube kanallarının abunəçilərinə ilk növbədə dələduzluq sxemləri və şübhəli reklam kampaniyaları tətbiq olunur. Hətta əgər Youtube kanalının əsl sahibi öz kanalını qaytarsa da hacker artıq özünə vacib olan məlumatı yaymış olacaq. Bəzi hallarda hackerlər sadəcə pul vəsati qarşılığında Youtube kanalını geri qaytarırılar.
Bu halda tələb olunan məbləği ödəyərək tez bir zamanda kanalı geri qaytarmaq kanal sahibinə daha vacibdir. Belə ki, kanal reklamlardan müəyyən gəlir əldə edir. Youtube kanallarının oğurlanması üsullarına gəldikdə isə hackerlər bu halda standart üsullardan istifadə edirlər. Belə ki, onlar kanal müəlliflərini müxtəlif zərərli proqram təminatının yüklənməsinə məcbur edirlər. Daha sonra isə həmin zərərli proqram təminatları vasitəsilə istifadəçilərin qeydiyyat məlumatlarını oğurlayırlar.